“Paşinyanı devirmək üçün Rusiyadan İrəvana 100 min nəfər göndərilir”
İDDİA

“Rusiya iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrinə təsir göstərmək üçün İrəvana qarşı hibrid müharibəyə başlayıb”.

 

“Teleqraf” xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən “Məlumatlı Vətəndaşlar” adlı QHT-nin koordinatoru Daniel İoannisyan deyib.

 

Onun sözlərinə görə, Ermənistanın bəzi media orqanları hibrid müharibə alətlərinə çevrilib, onların Rusiyanın təsiri altında olduqları açıq şəkildə görünür.

 

Hibrid müharibənin təzahürü olaraq İoannisyan bir nümunə gətirib: “Milli Təhlükəsizlik Xidmətinin binasına “Molotov kokteyli” atmaq hibrid hücumla əlaqəli zorakılıq aktıdır”.

 

QHT nümayəndəsi əlavə edib ki, Rusiyadakı erməni iş adamları təzyiqlə bağlı həyəcan təbili çalırlar: “Onlara təzyiq edirlər ki, tabeçiliyində olanlara 100 min rubl verib seçkilərdə iştirak üçün Ermənistana göndərsinlər. Hətta bu insanları gətirmək üçün avtobuslar da səfərbər olunur. Bütün bunları Rusiya FSB-si təşkil edir. Söhbət təxminən 80-100 min nəfərdən gedir. Onlar həmçinin Gürcüstandan da insanlar gətirmək istəyirlər. Həm Ermənistan, həm də Rusiyada seçki rüşvətlərinin paylanması barədə məlumatımız var. Rusiyada yaşayan insanlar demokratiyanın nə olduğunu heç bir şəkildə bilmirlər. Onlara xəbərdarlıq edilməlidir ki, seçki rüşvətləri aldıqlarına görə mühakimə olunacaqlar, həyatlarını 2033-cü ilə qədər cəzaçəkmə müəssisəsində keçirəcəklər”.

 

Daniel İoannisyan Rusiyanın hədəfinin Ermənistanda hakimiyyət çevrilişi və ya Baş naziri Nikol Paşinyanı devirmək olduğunu qeyd edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.