Yağışdan sonra sürüşmə zonaları aktivləşib
RƏSMİ

Son günlər yağan intensiv yağışlar nəticəsində ölkə ərazisində mövcud sürüşmə sahələrində müəyyən dəyişikliklər qeydə alınıb.

 

Senzor.az bildirir ki, bu barədə jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyi İdarə Heyətinin sədri Əli Əliyev məlumat verib.

 

Onun sözlərinə görə, Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır: “Ölkə ərazisində, əsasən Abşeron yarımadası ərazisində yerləşən sürüşmə sahələrində monitorinqlər aparılıb. İlkin nəticələrə əsasən, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə görülməsi vacib olan qabaqlayıcı tədbirlərin hazırlanmasına başlanılıb. Monitorinqlər zamanı Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazilərində sürüşmə proseslərində aktivlik qeydə alınıb

 

Badamdar sürüşmə sahəsində lokal xarakterli çökmə və yuyulma halları müşahidə  olunub. Lakin bu proseslər intensiv deyil, zəif aktivlik səviyyəsində qiymətləndirilir. Hazırda FHN tərəfindən ərazidə müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir. Eyni zamanda qəsəbənin mərkəzi yolunun sağ və sol hissələrində bəzi lokal sahələrdə sürüşmə elementləri, çökmə və uçma halları da aşkarlanıb. Monitorinqlər davam etdirilir və ilkin məlumatlar əsasında icrası zəruri olan qabaqlayıcı tədbirlərin əsas istiqamətləri müəyyənləşdirilərək müvafiq qurumlara təqdim olunur”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.