
İsrail Müdafiə Ordusunun (SAXAL) hərbçiləri Qəzza zolağının cənub hissəsində radikallara məxsus dörd km uzunluğunda tuneli məhv ediblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.
"Qəzza zolağının cənub hissəsində, "sarı xətt"dən şərqdə yeraltı tunelin təxminən bir il əvvəl başlayan məhv edilməsi işləri başa çatıb. Dörd kilometr uzunluğunda olan tuneldə bir neçə bunker var idi və orada silahlar saxlanılırdı", - deyə məlumatda vurğulanır.
Mətbuat xidməti qeyd edib ki, SAXAL bölmələri atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq həmin ərazidə yerləşdirilib və hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyətlərini davam etdirəcəklər.