ABŞ Yaponiyadan müdafiə xərclərini artırmağı tələb edib? – TAKAİÇİ “YOX” DEYİR...

ABŞ Yaponiyadan müdafiə xərclərini birbaşa olaraq ÜDM-in 5 %-i səviyyəsinə qaldırmağı tələb etməyib.

 

"Report"un məlumatına görə, bunu Yaponiyanın Baş naziri Sanae Takaiçi siyasi partiya liderləri ilə debatlar zamanı bildirib.

 

"Birbaşa olaraq konkret rəqəmləri – 3,5 % və ya 5 % eşitməmişəm. Biz müdafiə xərclərini ölkənin zəruri müdafiəsini təmin edəcək şəkildə artıracağıq", – deyə o vurğulayıb.

 

ABŞ Prezidenti Donald Tramp dəfələrlə NATO tərəfdaşları və müttəfiqlərindən narazılığını bildirərək onların müdafiəyə çox az vəsait ayırmasını tənqid edib. O hələ seçilməzdən əvvəl Avropa tərəfdaşları öz təhlükəsizlikləri üçün daha çox maliyyə məsuliyyəti götürməsələr, ABŞ-ın Şimali Atlantika Alyansından çıxacağı ilə hədələyirdi.

 

Vaşinqtonun təşəbbüsü ilə iyunda Haaqada keçirilən sammitdə NATO ölkələrinin liderləri müdafiə xərclərini ÜDM-in 5 %-i səviyyəsinə qaldırmağa razılıq veriblər. Yaponiyada isə bu kontekstdə oxşar tələblərin Tokioya da irəli sürülə biləcəyindən narahatlıq ifadə olunur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.