
Hazırda Avropada hakimiyyətdə olan siyasətçilər nəsli ABŞ Prezidenti Donald Trampın sərt siyasi gedişlərinə və təzyiqlərinə müqavimət göstərmək iqtidarında deyil.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml rəsmisi qeyd edib ki, hazırda siyasətdə baş verən proseslər Avropada uzun müddət hökm sürən riyakarlığın, ikili standartların və Aİ ölkələrini idarə edən "zəif siyasətçilər nəslinin" fəaliyyətinin nəticəsidir.
"Onlar Trampın inadkarlığına və təzyiqlərinə qarşı durmağı bacarmırlar", - deyə D.Peskov vurğulayıb.