Ukrayna Putinin rezidensiyasına 91 dronla hücum etdi: MOSKVA CAVAB HAZIRLAYIR - TRAMP HİDDƏTLƏNİB
VİDEO

Ötən gecə Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücum edilib.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, 29 dekabr gecəsi Ukrayna Silahlı Qüvvələri Rusiya liderinin Novqorod vilayətindəki iqamətgahına 91 pilotsuz uçuş aparatı ilə hücuma cəhd göstərib, lakin onların hamısı ələ keçirilib və məhv edilib.

 

"Bu, Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin həlli üzrə intensiv danışıqlar fonunda həyata keçirilib. Bu cür düşünülməmiş addımlar cavabsız qalmayacaq. Cavab zərbələrinin hədəfləri və onların vaxtı Rusiya Silahlı Qüvvələri tərəfindən müəyyən edilib", - Lavrov qeyd edib.

 

Nazir əlavə edib ki, Rusiya ABŞ ilə danışıqlarda iştirakını davam etdirir, lakin Kiyevin son addımları ilə əlaqədar ölkənin danışıqlardakı mövqeləri yenidən nəzərdən keçiriləcək.

 

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Prezident Vladimir Putinin iqamətgahına hücum ABŞ Prezidenti Donald Trampı "qəzəbləndirib".

 

Liderlər arasındakı bugünkü telefon danışığını şərh edən Uşakovun sözlərinə görə, Putin Trampla telefon danışığı zamanı Valdaydakı iqamətgahına dron hücumu cəhdinə istinad edərək "Kiyevin terrorçu hərəkətlərini" cavabsız qoymayacağını bildirib. 

 

Tramp bu hücum xəbərindən hiddətlənərək "Allaha şükür ki, biz Zelenskiyə "Tomahawk" raketlərini vermədik" deyib. Uşakov əlavə edib ki, ABŞ Prezidenti Kiyevin Putinin iqamətgahına hücum cəhdi barədə danışarkən "bu cür dəli hərəkətləri təsəvvür belə edə bilmədiyini" deyib.


Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Ukraynanın Rusiya Prezidentinin iqamətgahına zərbə endirməsi ilə bağlı bəyanatlar əsassızdır.

 

"Hazırda Rusiyadan çox təhlükəli bəyanatlar səslənir və bunlar açıq şəkildə ABŞ Prezidenti Donald Trampın komandası ilə birgə sülhə yaxınlaşmaq üçün gördüyümüz işlərin nəticələrini pozmağa yönəlib. Bu anda Rusiya tərəfi guya hansısa iqamətgaha zərbə endirilməsi barədə açıq-aşkar saxta bir hekayə uydurub. Məqsəd Ukraynaya, o cümlədən Kiyevə qarşı hücumları davam etdirmək və müharibənin başa çatması üçün zəruri addımlardan imtina üçün bəhanə qazanmaqdır", – deyə V.Zelenski öz Teleqram kanalında yazıb.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.