
Ukrayna ordusu Donbas ərazisini tərk etməlidir, bu, Rusiya tərəfi üçün vacib şərtdir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Eyni zamanda, o, qeyd edib ki, Moskva Ukrayna üzrə danışıqlar prosesinin detallarının açıqlanmasını məqsədəuyğun hesab etmir.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Donbas məsələsinin əsas olduğunu bildirib. Zelenski vurğulayıb ki, bu məsələ üç tərəfin – Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə bu gün və sabah Əbu-Dabidə müzakirə olunacaq.