Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ danışıqlarının İLK GÜNÜ BAŞA ÇATIB
YENİLƏNİB, VİDEO

Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın üçtərəfli işçi qrupu arasında danışıqlar başa çatıb.

 

Bu barədə "Reuters" xəbər yayıb.

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, tərəflər görüş zamanı sülh razılaşması istiqamətində müəyyən irəliləyiş əldə ediblər. Hazırda Rusiya-Ukrayna münaqişəsinin həlli üçün bir neçə ssenari üzrə müzakirələr aparılır.

 

Lakin Donbasın ərazi məsələsi əsas olaraq qalır. Bu məsələ həll olunmadan danışıqlarda çıxılmaz vəziyyəti aradan qaldırmaq mümkün deyil.

 

Danışıqlar yanvarın 24-də davam etdiriləcək.

 

**20:41 (23.01.2026)

 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna, Rusiya, ABŞ nümayəndələrinin üçtərəfli görüşü keçirilir.

 

Xarici KİV BƏƏ Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu barədə həmin ölkənin xarici işlər naziri Abdulla bin Zaid Al Nahyan məlumat verib.

 

"Danışıqlar bu gün Əbu-Dabidə başlayıb. Cədvələ görə, onlar iki gün davam edəcək", - məlumatda deyilib.

 

Al Nahyan üçtərəfli dialoqun Rusiya-Ukrayna münaqişəsinin başa çatması üçün nəzərəçarpan irəliləyişə gətirib çıxaracağına ümid etdiyini bildirib.

 

Xatırladaq ki, Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri bu gün Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə üçtərəfli danışıqlar üçün Əbu-Dabiyə gediblər. Müharibə başlayandan bəri üç ölkənin nümayəndələri hələ üçtərəfli formatda görüşməmişdilər.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.