
Ermənistanda İctimai Televiziyanın efirində siyasi debat zamanı qonaqlar arasında dava düşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ilk olaraq hökumətyönlü bloger, “Respublika” partiyasının üzvü Arutyun Mkrtçyanla müxalif “Politik.am” portalının redaktoru Boris Murazi arasında mübahisə düşüb.
Mübahisə daha sonradan əlbəyaxa davaya çevrilib.
Davaya səbəblərdən biri isə efir zamanı Mkrtçyanın Murazinin etnik azlıq nümayəndəsi (milliyətcə yezididir – red.) olmasını xatırlatması və həm özünün, həm də valideynlərinin ünvanına nalayiq ifadələr səsləndirməsi olub.