Bakıda torpaq sürüşməsi: HASARLAR ARASINDAKI MƏSAFƏ ÜÇ METRƏ ÇATDI
VİDEO

Bakının Badamdar qəsəbəsinin 3-cü massivində torpaq sürüşməsi baş verib. Ərazidə torpaq qatının ayrılması nəticəsində fərdi yaşayış evlərinin həyətlərində dərin çatlar və çökmələr yaranıb. 

 

Sakinlərin Baku TV-yə dediklərinə görə, son günlər sürüşmə prosesi sürətlənib.

 

Belə ki, bir neçə gün əvvəl hasarlar arasındakı məsafə 15-20 santimetr olduğu halda, hazırda bu məsafə 2-3 metrə çatıb. Sürüşmə təhlükəsi səbəbindən sakinlərdən biri evini tərk etmək məcburiyyətində qalıb. 

Ərazidəki bir neçə fərdi yaşayış evinin həyətində də oxşar vəziyyət müşahidə olunur. Sürüşmə zonasının aşağı hissəsində uşaq bağçası, digər yaşayış evləri və magistral yol yerləşir. Bu da ərazidə təhlükəsizliklə bağlı narahatlıqları artırır.

 

Qeyd edək ki, Badamdar qəsəbəsində torpaq sürüşməsi ilə bağlı 2018, 2019, 2021-ci illərdə, eləcə də 2026-cı ilin fevralında məlumatlar yayılıb.

 

Sakinlər ərazidəki torpaq qatının yumşaq süxurlardan ibarət olduğunu, yeraltı suların isə sürüşmə prosesinə təsir göstərə biləcəyini iddia edirlər. Onların sözlərinə görə, son günlər aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçirib və müvafiq tapşırıqlar veriblər.

 

Ətraflı videomaterialda: https://www.youtube.com/watch?v=bh9wmxb-N14


 



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.