Ağstafada sursat partladı:
ÖLƏN VƏ XƏSARƏT ALAN VAR

Ağstafa rayonunun Çeyrançöl ərazisində sursat partlayıb.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə bəyanat yayıblar.

 

Məlumata görə, Qazax rayonunun Dəmirçilər kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Rəsul Şahin oğlu və Qazax rayonunun Daşsalahlı kənd sakini, 1982-ci il təvəllüdlü Əmrahov Sahib İzbor oğlu tərəfindən partlamamış hərbi sursata müdaxilə nəticəsində partlayış baş verib.

 

Hadisə nəticəsində R.İbrahimov aldığı xəsarətlərdən həyatını itirib, S.Əmrahov isə xəsarət alıb.

 

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

 

“ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, şübhəli əşyalara toxunmamağa, partlayıcı sursatlara müdaxilə etməməyə çağırır”, - deyə məlumatda bildirilib.

 



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.