
Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Senzor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin saat 20:00-a olan məlumatında belə deyilir.
Məlumata görə, Kürdəmir, İmişli, Yevlax, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tərtər və Beyləqanda yağış, Xınalıq və Şahdağda isə arabir qar yağır.
Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 24 m/s-dək güclənir.
**18:39
Saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində küləkli hava şəraiti müşahidə edilir.
Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Ağstafada 23, Naftalan, Tovuz və Neftçalada 20, Mingəçevir və Goranboyda 19, Daşkəsəndə 18, Şabranda 17, Qobustan və Şamaxıda 16, Şəkidə 15 m/s-dək güclənir.