Gürcüstan və Rusiya arasında yeganə quru gömrük-keçid məntəqəsinin fəaliyyəti güclü qar səbəbilə dayandırılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Məlumata görə, Dəryal vadisində mürəkkəb meteoroloji vəziyyətə görə yaranmış fövqəladə vəziyyətlə əlaqədar “Kazbeqi” gömrük keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb. Məntəqənin fəaliyyətini hava şəraiti yaxşılaşdıqdan sonra davam etdirəcəyi qeyd olunub.
Qeyd edək ki, sərhəddən ağır yükdaşıyan avtomobillərin keçidi noyabrın 25-i, bazar ertəsi axşam saatlarından etibarən məhdudlaşdırılıb.
Çərşənbə axşamı axşam saatlarında isə elektron növbəyə ümumilikdə 2281 yük maşını qeydə alınıb.