Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti dekabrın 17-də Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə rəsmi səfərə gedib.
Senzor.az bildirir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Ankaranın Esenboğa Beynəlxalq Hava limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın səfər çərçivəsində bir sıra görüşləri və tədbirlərdə iştirakı nəzərdə tutulub.