Dubay-Moskva reysi ilə hərəkət edən təyyarə Xəzər dənizi üzərində qəza siqnalı verib.
Bu barədə “İnterfaks” məlumat yayıb.
Sonradan aydın olub ki, “Boeing 737” təyyarəsi baqaj hissəsində yanğın sensorunun işə düşməsi səbəbindən qəza siqnalı verib.
Təyyarə uçuşunu yarımçıq saxlayaraq təhlükəsiz şəkildə Həştərxana eniş edib.
Təyyarədə 6-sı ekipaj üzvü olmaqla 188 nəfər olub.
Xəsarət alan yoxdur.