Sumqayıtdan Bakıya gələn yolda səhər saatlarından etibarən qatı duman müşahidə olunur.
Oxu.Az xəbər verir ki, duman səbəbindən görünüş məsafəsi kəskin azalıb.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin fevralın 2-si gündüzədək davam edəcəyi gözlənilir.