Bu gün "Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasında sərnişin sıxlığı – izdiham yaşanıb.
Senzor.az bildirir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Sərnişinlərin sözlərinə görə, izdiham giriş qapısına çatmamış başlayıb. Həmçinin stansiyada sərnişinlərin çantalarını yoxlamaq üçün qoyulan aparatlardan da birinin işləmədiyi, içəri daxil olanların əşyalarının yalnız bir aparat vasitəsilə yoxlandığı qeyd olunub...
Səhmdar Cəmiyyətindən isə KİV-in sorğusuna cavab olaraq bildirilib ki, stansiyanın infrastrukturu ilə bağlı texniki problem yoxdur, sadəcə stansiyasının giriş qapısında nəzarət zamanı sərnişin sıxlığı yaranıb: "Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən qatarlar saz vəziyyətdədir. Onların hərəkəti və intervalları ilə bağlı heç bir problem müşahidə olunmur”.