İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra Türkiyədə X, Yutub, Tik Tok və İnstaqram kimi sosial şəbəkələrə girişdə problem yaranıb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Xatırladaq ki, İstanbul Baş Prokurorluğu aralarında Ekrem İmamoğlunun da olduğu 105 nəfərə qarşı genişmiqyaslı əməliyyat keçirib. Nəticədə 100-dən çox şəxs barəsində saxlanılma qərarı çıxarılıb, istintaq çərçivəsində İmamoğlunun evində axtarış aparılıb.