İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu korrupsiya istintaqı üzrə məhkəmə qərarı ilə həbs edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Əkrəm İmamoğlunun ittiham olunduğu ikinci iş- terrorla bağlı istintaq üzrə isə, məhkəmə onun şərti olaraq sərbəst buraxılması barədə qərar qəbul edib.
Əkrəm İmamoğlu “korrupsiya” ittihamı üzrə məhkəmənin verdiyi həbs qərarı əsasında həbsxanaya göndərilib.
Əkrəm İmamoğlu ilə birlikdə daha 48 şübhəli şəxs də həbsxanaya göndərilib.
Türkiyə ədliyyə naziri Yılmaz Tunç son hadisələri şərh edərək, istintaq işinin davam etdiyini bildirib.
O, məhkəmə prosesini “siyasi istintaq” olaraq adlandırmanın yanlış olduğunu da vurğulayıb.