Paşinyan Əraqçi ilə Ermənistan-Azərbaycan sülh sazişini müzakirə edib
FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onlar ikitərəfli münasibətləri, habelə regional və qlobal məsələləri müzakirə ediblər.

 

Baş nazir qeyd edib ki, Ermənistan və İran arasında münasibətlər təbii maraqlara əsaslanır.

 

A.Əraqçi, öz növbəsində bildirib ki, iki ölkə arasında münasibətlər strateji əhəmiyyət daşıyır. 

"Həmsöhbətlər Ermənistan və İran arasında iqtisadi sahədə, o cümlədən infrastruktur və energetika sahəsində yeni layihələrin həyata keçirilməsinə toxunublar", - məlumatda qeyd olunub.

 

Bundan əlavə, N.Paşinyan və A.Əraqçi görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, o cümlədən sülh sazişinin imzalanması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.


Qeyd edək ki, iranlı nazir martın 24-25-də Ermənistanda səfərdədir. O, Nikol Paşinyandan əvvəl ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb, birgə brifinq keçirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.