Dubaydan Moskvaya uçan təyyarə
BAKIDA TƏCİLİ ENİŞ EDİB

Rusiyanın "Aeroflot" aviaşirkətinin Dubaydan Moskvaya uçan təyyarəsinin göyərtəsində bir nəfərin qeyri-adekvat davranışı səbəbindən ekipaj Bakıda təcili eniş etməli olub.

 

Bu barədə Rusiya KİV-i xəbər yayıb.

 

Təyyarə enən kimi polislər həmin şəxsi saxlayıb və salondan çıxarıblar.

 

"Kişi Şeremetyevoya uçmalı olan təyyarəyə sərxoş halda minib və qalmaqal yaradıb. O, sərnişinlərin üstünə qışqırıb, onlara toxunub və stüardessaların tələblərinə məhəl qoymadan içməyə davam edib", - məlumatda bildirilib.

 

Qeyd olunub ki, polis "Aeroflot"un ekipajını dindirir, digər sərnişinlər isə təyyarədə oturaraq Moskvaya yola salınmağı gözləyirlər. Onlara təyyarənin 30-40 dəqiqə ərzində yola düşəcəyi vəd edilib.("Report")

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.