Xəbər verdiyimiz kimi, Roma Papası Fransisk bu gün dəfn ediləcək.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, insanları artıq dəfn mərasiminin keçiriləcəyi Müqəddəs Pyotr meydanına buraxmağa başlayıblar. Ümumilikdə meydana 1 milyona yaxın insanın toplaşacağı gözlənilir.
Son bir neçə gün ərzində təxminən 250 minə yaxın insanın Papa ilə vidalaşmaq üçün Müqəddəs Pyotr bazilikasını ziyarət etdiyi deyilir.
Fransisklə vidalaşmağa müxtəlif ölkələrdən 130-dan çox nümayəndə heyəti gəlib. Azərbaycanı dəfn mərasimində Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.
Qeyd edək ki, Papa Fransisk aprelin 21-i 88 yaşında vəfat edib. O, Santa Maria Maggiore bazilikasında dəfn olunacaq.