İlham Əliyev bu ölkə prezidentlərini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Culius Maada Bionu təbrik edib.

 

Senzor.az bildirir ki, təbrikdə deyilir:

 

“Hörmətli cənab Prezidenti,

 

Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram”.

 

**

 

Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə bu ölkənin Prezidenti Matamela Siril Ramafozaya təbrik məktubu göndərib.

 

Məktubda qeyd olunub:

 

“Hörmətli cənab Prezident,

 

Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

 

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Cənubi Afrika arasında dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

 

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.