Rusiyanın Dağıstan Respublikasının Qızılyurd rayonunda zəlzələ olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Dağıstan Respublikasının Fövqəladə Hallar Xidməti məlumat yayıb.
4.3 maqnitudalı zəlzələ yerli vaxtla 05:49-da İnçxa kəndi yaxınlığında qeydə alınıb. Yeraltı təkanın ocağı 10 km dərinlikdə olub.
Zəlzələ hiss olunmayıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.