Belarusun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
YENİLƏNİB


Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

 

Senzor.az bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Belarusun Baş naziri Aleksandr Turçini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

 

**09:44


Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfərə yola düşüb.

 

Senzor.az bildirir ki, səfər çərçivəsində Belarus Baş nazirinin Baş nazir Əli Əsədovla məhdud və geniş tərkibli görüşləri gözlənilir. Nəticələrə əsasən, bir sıra ikitərəfli sənədlər imzalanacaq.

 

Belarus hökumətinin başçısı Azərbaycanın azad olunmuş ərazilərdə bərpa etdiyi bir sıra obyektlərə baş çəkəcək.

 

Bundan əlavə, rəsmi səfər çərçivəsində biznes forum keçiriləcək. Belarusun böyük biznes nümayəndə heyəti müxtəlif sektorların müəssisələrini - sənayedən qida istehsalına qədər təqdim edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.