Mayın 15-də Şamaxıda Pirqulu stansiyasından 15 km şimalda zəlzələ baş verib.
Senzor.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yerli vaxtla saat 03:14-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,2-yə bərabər olub.
Ocağı 5 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.