Şənbə günü paytaxtın 551 küçəsi yuyulub.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Senzor.az-a verilən məlumata görə, mayın 17-də qurum tərəfindən yaz mövsümü ilə əlaqədar növbəti dəfə aparılan təmizlik işləri çərçivəsində kommunal təsərrüfat xidmətlərinin texnikası ilə şəhərin 551 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyulması təmin edilib, eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olub.