Azərbaycan və Türkiyə prezidentləri, Pakistanın Baş naziri Laçın şəhərində seyrəngahda olublar
VİDEO/FOTO

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın şəhərində seyrəngahda olublar.

 

Senzor.az bildirir ki, Prezident İlham Əliyevin iki il əvvəl mayın 28-də bu seyrəngahda ilk dəfə Laçına köçən keçmiş məcburi köçkünlərə evlərinin açarlarını təqdim etdiyi barədə qonaqlara məlumat verildi.

 

Bildirildi ki, indi burada Laçında istifadəyə verilmiş müəssisələrin məhsulları nümayiş olunur. Sərgidə “Laçın” Aqro-Sənaye Parkında, “PIRSHAGHI” ayaqqabı fabrikinin, “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin Laçın filiallarında, “LATIFA” Laçın tikiş fabrikində istehsal olunan məhsullar təqdim edilir. Həmçinin sərgidə “Bakı Abadlıq Xidməti”, efir yağları zavodu, “Naxışlı” tikiş evi, Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzi, “Həkəri” balıqçılıq təsərrüfatı da təmsil olunur.

 

Qeyd edək ki, sərgi 28 May - Müstəqillik Gününə həsr olunub.


























Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.