Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün TEST İMTAHANI KEÇİRİLDİ

Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə 2025-ci il iyulun 6-da Azərbaycan Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün Mərkəzin elektron imtahanlar korpusunda test imtahanı keçirib.

 

Senzor.az bildirir ki, bu barədə DİM-dən məlumat verilib.

 

Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

 

İmtahanda 410 namizəd iştirak edib. Ümumilikdə, 196 nəfər (Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzrə 191, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzrə 5) tələb olunan şərtləri ödəyərək növbəti mərhələyə buraxılıb.

 

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 7 – 9 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev, 299) fəaliyyət göstərəcək.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.