III Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli şəhərinə gəliblər.
Senzor.az bildirir ki, göyərtəsində qonaqların olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.
III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir.
“Rəqəmsal transformasiya: Süni intellekt dövründə informasiya və medianın dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunmuş forum iyulun 19-dan 21-dək keçiriləcək.
Ekspertlərin fikrincə, Forum media sahəsində qlobal çağırışların müzakirəsi, təcrübə mübadiləsi, yeni peşəkar əlaqələrin qurulması və informasiya əməkdaşlığı sahəsində birgə təşəbbüslərin hazırlanması üçün mühüm platforma olacaq.