İrəvandan Kişineuya uçan “FlyOne” aviaşirkətinin sərnişin təyyarəsi göyərtəsində nasazlıq yarandığı üçün təcili eniş edib. Ağır stress səbəbindən bir neçə sərnişinin tibbi yardıma ehtiyacı olub.
Bu barədə “Sputnik Moldova” Telegram-kanalı paylaşım edib.
“İnsident havaya qalxdıqdan az sonra baş verib - ekipaj yanacağın yandırılması üçün Ermənistan ərazisi üzərində təxminən iki saat dövrə vurmaq və sonra təyyarəni təhlükəsiz yerə endirmək qərarına gəlib”, - xəbərdə deyilir.
Məlumatda qeyd olunur ki, qəza faktını təsdiqləyən “FlyOne” aviaşirkəti nasazlığın aşkar edildiyini və enişin standart təhlükəsizlik prosedurlarına uyğun olaraq həyata keçirildiyini açıqlayıb.
Hazırda 150-yə yaxın sərnişinin gələcək addımlar barədə xəbər gözləyir, onların bir çoxu birləşdici reysləri buraxıblar.