TBMM-dəki “Terrorsuz Türkiyə” Komissiyası işə başladı
FOTO

Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terror­suz Türkiyə” məqsədilə yaradılan yeni komissiya ilk iclasını keçirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, açılışda çıxış edən TBMM sədri Numan Kurtulmuş ölkənin yarım əsrlik terrorla mübarizəsində yeni mərhələyə qədəm qoyulduğunu söyləyib.

 

Kurtulmuş silahların susmasının və terror təşkilatlarının fəaliyyətini dayandırmasının heç bir siyasi qurumun deyil, birbaşa xalq iradəsinin nəticəsi olduğunu vurğulayıb. O, bu prosesin həm Türkiyənin, həm də regionun sülh və sabitliyi üçün həlledici əhəmiyyət daşıdığını qeyd edib.

 

Komissiyanın fəaliyyət prinsiplərinin “şəffaflıq və açıqlıq” olacağını bildirən Kurtulmuş prosesə akademiklər, hüquqşünaslar, QHT-lər və ictimaiyyət nümayəndələrinin də cəlb ediləcəyini açıqlayıb.

 

“Bu masa xalqın vicdanı ilə qurulub. Demokratik və hər kəsin özünü aid hiss etdiyi bir Türkiyə üçün birlikdə çalışacağıq”, – TBMM sədri qeyd edib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.