Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 12-dən 15-nə kimi məzuniyyətdə olacaq.
Senzor.az bildirir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan öz Facebook səhifəsində yazıb.
Məzuniyyət müddətində Ermənistan baş nazirinin səlahiyyətlərini 12-13 avqustda baş nazirin müavini Mqer Qriqoryan, 14-15 avqustda isə baş nazirin müavini Tiqran Xaçaturyan icra edəcək.
Xatırladaq ki, iİyulun 28-də Baş nazirin dəftərxanası Nikol Paşinyanın 28 iyul - 15 avqust tarixlərində məzuniyyətdə olacağını açıqlamışdı. Amma məzuniyyət zamanı Mqer Qriqoryanın qərarı ilə avqustun 5-dən etibarən Paşinyan məzuniyyətdən geri çağırıldı. Avqustun 7-də Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqtona yola düşdü. Səfər zamanı Ermənistan və ABŞ arasında ikitərəfli memorandumlar, həmçinin Ermənistan, Azərbaycan və ABŞ arasında üçtərəfli bəyannamə imzalandı...