Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov Zəfər parkını ziyarət ediblər.
Senzor.az bildirir ki, bu barədə DTX-nın Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar xatirə abidəsinin önünə gül dəstələri düzülərək şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb.