Bakı metrosunda problem yaranıb

Bu gün Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

 

Senzor.az bildirir ki, bunu KİV-ə  açıqlamasında "Bakı Metropoliteni" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

 

Onun sözlərinə görə, metroda Dərnəgül-Nizami istiqaməti xüsusi sahə sayılır: ""Nizami" və "İnşaatçılar" stansiyalarının arasında xüsusi maililik var. Biz sentyabrın 15-dən intervalları azalda bilmişik. Buna görə də sərnişinlərə hüdud xəttini keçməmək, qapıları saxlamamaqla bağlı müntəzəm müraciətlər edirik. Çünki intervallar azaldıldıqdan sonra hər saniyə belə xüsusi əhəmiyyət kəsb edir".

 

Metro rəsmisi əlavə edib ki, qatar hər hansı stansiyada sürətini aşağı salarsa, müəyyən vaxt itirir: "Məsələn, bir qatar "Elmlər Akademiyası" stansiyasını tərk etməmiş digər qatar "İnşaatçılar" stansiyasından hərəkət etmir. Nəticədə qatarlar yığılıb qalır. Hazırkı problemin kökü "20 Yanvar" stansiyasındadır. İndi sərnişin axınının, sıxlığın tənzimlənməsi üçün işlər görülür".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.