Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bundan əvvəlki maqnit qasırğalarından biri 1-3 oktyabr, digəri isə 12 oktyabr tarixində baş verib.
Məlumatda bildirilib ki, Yer maqnit sahəsindəki narahatlıq dərəcəsi beşballıq şkala üzrə G1 səviyyəsinə çatıb.
Bu şkalada G5 "ekstremal güclü", G1 isə "zəif" qasırğa hesab olunur.