Formula 1: Corc Rassel ikinci sərbəst yürüşü də ilk sırada başa vurdu - YENİLƏNİB, FOTO

Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş yekunlaşıb.

 

Senzor.az bildirir ki, yürüşdə hər biri iki pilotdan ibarət 11 komanda mübarizə aparıb.

 

“Mercedes”in britaniyalı pilotu Corc Rassel birinci olub. Onun komanda yoldaşı Kimi Antonelli ikinci, “Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen üçüncü yeri tutub.

 

Birinci sərbəst yürüşdə də ən yaxşı nəticəni C.Rassel göstərmişdi.

 

***16:32

 

Formula 1 üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşündə qırmızı bayraq aradan qaldırılıb.

 

Senzor.az bildirir ki, “Racing Bulls” komandasının pilotu Arvid Lindbladın qəzasından sonra dayandırılan sessiya yenidən bərpa olunub.

 

Hazırda pilotlar Bakı Şəhər Halqasında mübarizəni davam etdirirlər.

 

*** 16:35

 

Formula 1 üzrə Azərbaycan Qran-prisində ciddi qəza baş verib.

 

“Senzor.az bildirir ki, hadisə ikinci sərbəst yürüş zamanı qeydə alınıb.

 

“Racing Bulls” komandasının pilotu Arvid Lindblad qəza törədib. Onun idarə etdiyi bolid baryerə çırpılıb.

 

Nəticədə trasda qırmızı bayraq qaldırılıb və sessiya müvəqqəti olaraq dayandırılıb.

 

***16:02

 

Formula 1 üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşü start götürüb.

 

Senzor.az bildirir ki, yürüş saat 16:00-da başlayıb.

 

Yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır.

 

Pilotlar bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı Şəhər Halqasında dövrələr vuracaqlar.

 

Qeyd edək ki, Bakıda keçirilən Qran-pri sentyabrın 26-da başa çatacaq. 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.