
Məlum olduğu kimi, bir neçə gün əvvəl Nyu-Yorkda İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş keçirilib.
“Tasnim” agentliyi xəbər verir ki, tərəflər arasındakı həmin danışıqlar İranda müzakirələrə səbəb olub.
Məlumata görə, XİN rəhbəri amerikalı rəsmi ilə İranın siyasi qurumlarının, o cümlədən Ali Milli Təhlükəsizlik Şurasının icazəsi olmadan görüşüb.
İranlı nazirin bu addımı ölkəsində İranın milli maraqlarına “zidd addım” kimi qiymətləndirilib və ondan öz hərəkətlərinə izahat verməsi tələb olunub.
Bildirilib ki, təsdiq olunmuş plan yalnız İranın yeddi şərtinin vasitəçilərlə qarşı tərəfə çatdırılmasından ibarət idi və bununla məhdudlaşmalı idi.
Yeri gəlmişkən, İran mediasında yayılan əvvəlki məlumatlarda o da vurğulanırdı ki, görüş Amerika tərəfinin təkidi ilə baş tutub.