
Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məlumat verilib.
Məlumatda deyilir: "Yaxın günlərin ən mühüm hadisələrindən biri, barəsində əlavə məlumat verəcəyimiz payız gecə-gündüz bərabərliyi ilə yanaşı, ehtimal ki, sentyabrın 24-də, yəni bu cümə axşamı payızın gözlənilən ikinci maqnit qasırğası olacaq".
Dəqiqləşdirilmiş məlumata görə, gözlənilən bu təbiət hadisəsi Günəşdə yaranan irihəcmli tac dəliyi ilə əlaqədar olacaq.