
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
Videobağlantı vasitəsilə keçirilən müşavirə zamanı ictimai təhlükəsizliyə qarşı təhdidlərin neytrallaşdırılması məsələləri müzakirə olunub.
Daxili İşlər naziri Vladimir Kolokoltsev hesabatla çıxış edib.