
Türkiyənin Şanlıurfa vilayətində 5,4 maqnitudalı zəlzələ baş verib, yeraltı təkanlardan sonra Diyarbakırda bəzi yollarda çatlar əmələ gəlib.
Senzor.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.
Qeyd olunub ki, Şanlıurfanın Karaköprü rayonunda 7,39 km dərinlikdə qeydə alınan zəlzələ ətraf şəhərlərdə də hiss olunub.
Yeraltı təkandan sonra Diyarbakırda bəzi yollarda çatların əmələ gəldiyi müşahidə edilib.
Şanlıurfa valisi Hasan Şıldak insan təlafatının olmadığını açıqlayıb.