
Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlarını davam etdirəcəyi təqdirdə Moskva da ağır qışla üzləşəcək.
Senzor.az Ukrayna mediasına istinadən bildirir ki, bunu ölkənin Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı deyib.
“Ukraynalılar anlayırlar ki, bu qış bizim üçün çox sərt keçə bilər. Cavab olaraq bizim Rusiya üçün də bu qışı ağrılı etməkdən başqa seçimimiz qalmayacaq”, – Ukrayna Prezidenti bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya Ukraynanın enerji sistemlərinə və istilik təchizatına hücumları davam etdirərsə, Kiyev buna cavab verəcək. O, məhz buna görə qış başlamazdan əvvəl deeskalasiya istiqamətində addımların atılmasının vacib olduğunu vurğulayıb.
Ukrayna Prezidenti ölkəsinin müharibəni seçmədiyini, özünü müdafiə etdiyini də əlavə edib.