
Manqistau vilayətində xidməti vəzifələrini yerinə yetirərkən hərbi qulluqçuların həlak olmaları ilə əlaqədar sentyabrın 25-də Qazaxıstanda ümummilli matəm elan edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müvafiq sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
Daha əvvəl Qazaxıstanın Müdafiə Nazirliyi bildirmişdi ki, Xəzər dənizi sahilində Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində 19 hərbi qulluqçu dənizə düşüb. Son məlumata görə, onlardan 12-si həlak olub, 3-ü xilas edilib. Digərlərinin axtarışları davam etdirilir.
Hadisə ilə bağlı cinayət işi başlanıb, hərbi qulluqçuların həlak olmasının səbəblərinin araşdırılması üçün Hökumət Komissiyası yaradılıb.