
“ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı üç şərtdə israrlıdır”.
Ukrayna Prezidenti Volodimir Zelenski bunu “Axios”a müsahibəsində deyib.
Zelenskinin sözlərinə görə, ABŞ Prezidentinin şərtlərinə enerji infrastrukturuna qarşı atəşin dayandırılması, Qara dənizdə taxıl dəhlizinin fəaliyyətinin bərpa edilməsi və Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin Əbu-Dabidə üçtərəfli görüşünün keçirilməsi daxildir.
Volodimir Zelenski Donald Trampla görüşündə Rusiya Prezidenti Vladimir Putinlə G20 sammitində görüşü mümkün hesab etmişdi. Sammit dekabr ayında Mayamidə keçiriləcək.