Azərbaycan Karate-Do Federasiyası prezidentinin ölüm səbəbi açıqlandı - YENİLƏNİB, FOTO

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədovun vəfat səbəbi açıqlanıb.

 

Senzor.az bildirir ki, bu barədə Federasiyanın mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, Arif Məmmədov Türkiyənin Trabzon şəhərində 47 yaşında həyatını itirib. Gürcüstanın Batumi şəhərində qəflətən səhhətində problemlər yaranan A.Məmmədova həkimlər ağciyərlərin buzlaşması diaqnozu qoyublar. Pasiyent xəstəxanada üç həftədən artıq müalicə alıb və həmin müddətdə komada olub. Ardından onun vəziyyəti daha da pisləşib. Bundan sonra pasiyent müalicəsini davam etdirmək üçün Türkiyənin Trabzon şəhərində xəstəxanaların birinə təxliyə olunub. Orada həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, Arif Məmmədov 1977-ci il sentyabrın 16-da Gəncə şəhərində anadan olub. Orta təhsilini 1984-1994-cü illərdə Gəncə şəhəri 4 saylı orta məktəbdə, ali təhsilini 1995-2000-ci illərdə Gəncə Dövlət Universitetinin "Hərbi və fiziki təlim" fakültəsində alıb.

 

A.Məmmədov uşaq yaşlarından karateyə böyük maraq göstərib və bütün həyatını tamamilə bu idman növünə həsr edib, bir çox idmançıların yetişməsində və Azərbaycanı layiqincə təmsil etməsində müstəsna xidmətlər göstərib.

 

A.Məmmədov karate üzrə üçqat dünya və beşqat Avropa çempionu olub. O, 2022-ci ildən Azərbaycan Karate-Do Federasiyasının, 2021-ci ildən isə Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti idi. 2014-cü ildə "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası", 2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi" fəxri adlarına layiq görülüb.

 

Mərhum avqustun 7-də Gəncə şəhərində dəfn olunacaq.


**10:02


Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda qəfil vəfat edib.

 

Senzor.az bildirir ki, bu barədə Federasiyadan məlumat verilib.

 

2023-cü ildən sözügedən federasiyaya rəhbərlik edən Arif Məmmədovun hansı səbəbdən həyatını itirməsi bildirilməyib.

 

Dünya və Avropa çempionu olan A.Məmmədovun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

 

Qeyd edək ki, o, daha əvvəl Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədr müavini olub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.