Bu gün səhər saatlarında İranda İŞİD üzvü Mehdi Əsgərzadə və MOSSAD casusu olduğu iddia edilən Ruzbeh Vadi edam edilib.
Bu barədə İRNA məlumat yayıb.
Əsgərzadə Suriya və İraqda təlim keçməkdə, İranda əməliyyat hazırlamaqda ittiham olunurdu.
Vadinin isə MOSSAD-la əlaqədə olduğu və ölkənin kritik qurumlarından birində casusluq etdiyi bildirilir.