Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a işgüzar səfərə yollanıb.
Senzor.az bildirir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, Paşinyan avqustun 7-8-də Vaşinqtonda səfərdə olacaq.
Xatırladaq ki, “The Washington Post” ABŞ Prezidenti Donald Trampın avqustun 8-də Ağ Evdə Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşünün gözlənildiyini yazıb.
Həmin ikitərəfli görüşlərdən sonra Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə “regionda sülh, firavanlıq və iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi daşıyan” üçtərəfli görüş də planlaşdırılıb.
Bu kadrlarda hökumət başçısının kortejinin hava limanına doğru getdiyi görünür.