Kəlbəcər rayonunun Vəng kəndi ərazisində "Ural"markalı avtomobil tank əleyhinə minaya düşüb.
"Unikal"ın məlumatına görə, hadisə zamanı avtomobildə olanlar – 39 yaşlı E.Tanrıverdiyev, 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov və 38 yaşlı E.Əhmədov xəsarət alıblar.
Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım edilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb edilib.
Qeyd edək ki, minaya düşən "Ural" markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçidirlər. Faktla bağlı araşdırma aparılır.