İyul ayında Çinin İrandan idxal etdiyi neftin həcmi təxminən 30% azalıb.
“Bloomberg“də dərc olunan məqalədə belə deyilir.
Bildirilir ki, iyul ayı ərzində İrandan idxal olunan neftin həcmi gündəlik olaraq 1.2 milyon barel təşkil edib ki, bu da iyun ayındakı idxaldan təqribən 30% aşağıdır.
Qeyd edək ki, Çin İran neftinin əsas alıcısı hesab olunur.