Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsula hökm oxunub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məhkəmə Yevgeniya Qutsulu 2023-cü ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi işində təqsirli bilərək onu 7 il müddətinə azadlıqdan məhrum edib.
Moldovanın "Şor" müxalifət partiyasının sabiq katibi Svetlana Popan isə 6 il azadlıqdan məhrum edilib.